
Sizə hansı mövzulu məlumatlar göndəriləcək?
MyBosch sistemi vasitəsilə sizi qeydiyyatdan keçirdiyiniz cihazlar barədə ən son yeniliklər və faydalı məlumatlarla təmin etməyi nəzərdə tuturuq. Məişət texnikası məhsullarımız barədə daim araşdırmalar aparırıq və müntəzəm verilən suallar bölməsini yeniləyirik. Növbəti bişirəcəyiniz şokoladlı piroqun daha dadlı alınması üçün köməyinizə çatacaq aksesuarlara olan eksklüziv təkliflərlə yanaşı, "Ev heyvanı tüklərini paltar üzərindən necə təmizləmək olar" kimi faydalı məsləhətlər və ya sağlam, eyni zamanda maraqlı yemək reseptləri də burada sizə təqdim olunacaq. Və əlbəttə ki, nə qədər çox MyBosch-da qeydiyyatdan keçmiş cihazınız olarsa, internet mağazamızda istifadə üçün bir o qədər çox xüsusi endirimlər qazanacaqsınız.